"Fətullah Gülən Türkiyəyə qaytarılır, Qəzzada hərbi əməliyyatlar dayandırılır..." - ABŞ və Türkiyə nəyi müzakirə edib?

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Görüş mətbuata qapalı şəraitdə keçirilib. Bundan əvvəl Blinken səfəri zamanı Türkiyə prezidenti ilə görüşə bilməmiş və bu, Ankaranın Vaşinqtona qarşı sərgilədiyi rəftar kimi qəbul olunmuşdu. 

 

Bu konteksdə maraqlıdır, ABŞ ilə Türkiyə arasında razılıq ola bilərmi? 

 

Mövzu ilə əlaqəli Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, ABŞ-Türkiyə münasibətləri müxtəlif dövrlərdə gərgin olub. Müsahibimizin sözlərinə görə, buna baxmayaraq, proseslər pərdəarxasında iki dövlətin əlaqələrinə o qədər də ciddi təsir etməyib:

 

“ABŞ və Türkiyə bir-birinə ehtiyacı olan dövlətlərdir. Vaşinqtonun Yaxın Şərq məsələsində Ankaraya ehtiyacı var və bununla NATO-nun Şərq qanadını qoruyur. Eynilə Türkiyənin də.Bu gün bu proses davam edir, yəni tərəflər bir-birini hər nə qədər sıxsalar da, son nəticədə ortaq kompramis əldə edə bilirlər. Son görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük məsələsi müzakirə predmeti olub. Hesab edirəm ki, burada həmçinin, F-16-larla bağlı razılıq əldə oluna bilər”.

 

Ekspertin fikrincə, ABŞ-Türkiyə danışıqlarından sonra Qəzzada da hərbi əməliyyatlar dayandırıla bilər:

 

“Hər halda, qeyd edilən üç məsələ Türkiyənin həssas nöqtələridir. Hesab edirəm ki, Blinkenlə görüşü zamanı Ərdoğan Ukrayna savaşını da müzakirə edib. Çünki Ankaranın həm Moskva, həm də Kiyevlə münasibətləri yaxşıdır və digər dövlətlər tərəfindən də normal qarşılanır. Həssas dönəmdə ABŞ dövlət katibinin səfəri kifayət qədər məhsuldar kimi dəyərləndirilə bilər. Türkiyənin ABŞ-yə münasibəti üzdə sərt görünsə də, arxa planda daha fərqlidir. Digər tərəfdən Türkiyə ilə əsas razılaşma Fətullah məsələsində də ola bilər. Məlumdur ki, terror təşkilatının başında duran şəxs hələ də Virciniyada qalır. Onun ekstradisiyası, bir çox Fətullahçıların Türkiyəyə qaytarılması məsələsi də müzakirə predmenti ola bilər”.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...

Suriya böhranı Almaniyaya sıçradı: Düsseldorfda qarşıdurma - VİDEO

Yaxın Şərqdəki qarşıdurmalar Avropaya keçib. Almaniyanın Düsseldorf şəhərində Dürzi icmasının tərəfdarları ilə Suriya rejimini dəstəkləyən qruplar arasında toqq...

İnfeksiyalar insan ölümünü 60 faiz artıracaq – Tədqiqat

Böyük Britaniya hökumətinin maliyyələşdirdiyi yeni tədqiqat göstərir ki, antibiotiklərin təsirinə qarşı dözümlü olan bəzi zərərli mikrooqrqanizmlər gələcək...

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər...