“ABŞ-nin Azərbaycanda dini azadlıqlarla bağlı bəyanatı qərəzlidir” -  İlahiyyatçı 

“ABŞ-nin Azərbaycanda dini azadlıqlarla bağlı bəyanatı qərəzlidir” -  İlahiyyatçı 

"ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında dinlə bağlı bəyanatı tamamilə əsassız və qərəzlidir. Azərbaycanda dini azadlıqlar yetərincədir, icmalar fəaliyyətini davam etdirir, tolerantlıq mühiti inkişaf etməkdədir".


Sfera.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, ilahiyyatçı Tural İrfan deyib.

 

"ABŞ müsəlman ölkələrində dini, irqi, siyasi yöndə fitnə-fəsad yaratmaqda böyük məharət sahibi kimi Azərbaycanın son dövrdə qüdrətinin daha da artmasından narahatdır. Görünür, ABŞ bəzi başqa müsəlman ölkələrində olduğu kimi, özünün təqdim etdiyi "dini azadlıqlar" adı altında yaratmış olduğu təhlükəli və radikal terror təşkilatlarını dini cərəyan adı ilə Azərbaycanda da inkişaf etdirmək istəyir. Dünənə kimi qaradərililəri adam saymayan, İslamı qəbul etdiyinə görə, milyonlarla vətəndaşına ögey yanaşan, haqsızlıq edən Amerikanın məqsədi məlumdur".


İlahiyyatçının sözlərinə görə, rəsmi Vaşinqton Azərbaycanda vəhhabiliyin daha radikal qollarını inkşaf etdirmək, İranın yaratdığı "Hüseyniyyun" terror təşkilatını bərqərar etmək, "Nurçuluğ"u və onu kimi digər təhlükəli cərəyanları ölkəmizdə yaradıb yaşatmaq amalları tənəzzülə uğradığı üçün bizdə dini azadlıqlar məhdudlaşdırılırmış kimi cəfəng bəyanat verir.


"Bu bəyanat siyasi təxribat, qərəz, məkr ifadə etdiyi, tamamilə əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycandakı dini tolerantlıq bütün dünyada nümunə göstərilir. Bütün dinlərin, məzhəblərin mənsubları mehriban, tolerant şəkildə yaşayır, dini ayinlərini icra edirlər" , -  ilahiyyatçı vurğulayıb.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Gəncədə qadını keçmiş əri bıçaqladı

22.07.2025-ci il tarixində saat 02:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmməd...

3 yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayon sakini, 3 yaşlı U.Hacızadə əməliyyat üçün tibb ...

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...