Dekabrda dolların çox hissəsini Mərkəzi Bank satıb - STATİSTİKA

Dekabrda dolların çox hissəsini Mərkəzi Bank satıb - STATİSTİKA

Azərbaycan Mərkəzi Bankında (AMB) ötən ilin dekabrında keçirilən hərraclarda satılan xarici valyutanın böyük hissəsini AMB təklif edib. 


Sfera.az xəbər verir ki, dekabrdakı hərraclarda ümumilikdə 603,8 milyon dollar dəyərində xarici valyuta satılıb. 


Dövlət Neft Fondunun açıqladığı məlumatlara əsasən, qurum ötən ay cəmi 149,9 milyon dollar dəyərində valyuta satışını həyata keçirib. Fondun açıqladığı məlumatdan belə nəticəyə gəlmək olur ki, hərraclarda satılan əlavə 453,9 milyon dolları AMB təklif edib. 


Xatırladaq ki, 2022-ci ilin dekabrında da eyni hal yaşanmışdı. 2022-ci ilin son ayında AMB-nin daha çox valyuta satmasına baxmayaraq, valyuta ehtiyatlarının həcmində ciddi artım baş vermişdi. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR