"Bayden III Dünya müharibəsini başladacaq və ABŞ-ni..." - ŞOK İDDİA

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin prezident seçkilərindən əvvəl III Dünya müharibəsini başlada və ABŞ-ni məhv edə biləcəyini deyib.

 

Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

 

“Seçkilərə yaxın olsaq da, on ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər”, - siyasətçi bildirib.

 

Trampın sözlərinə görə, o, Ukrayna və Yaxın Şərqdə münaqişələrə heç vaxt imkan verməzdi, çünki Baydendən fərqli olaraq, dünya liderləri ilə necə anlaşacağını bilir.

 

Keçmiş Amerika lideri özünü ABŞ-ni xilas etməyə qadir olan yeganə namizəd də adlandırıb.

 

Bayden bir müddət əvvəl Donald Trampın prezident seçkilərində qalib gəlməsinin ABŞ üçün bir sıra təhlükələr yaradacağını bildirmişdi. Ağ Evin hazırkı rəhbəri hesab edir ki, Tramp ilk növbədə Amerika demokratiyasını təhdid edir.

 

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...

Suriya böhranı Almaniyaya sıçradı: Düsseldorfda qarşıdurma - VİDEO

Yaxın Şərqdəki qarşıdurmalar Avropaya keçib. Almaniyanın Düsseldorf şəhərində Dürzi icmasının tərəfdarları ilə Suriya rejimini dəstəkləyən qruplar arasında toqq...