Xərçəngə qarşı YENİ MÜALİCƏ ÜSULU - “Siyanin boya”sı bədənə vurulur və...

Xərçəngə qarşı YENİ MÜALİCƏ ÜSULU - “Siyanin boya”sı bədənə vurulur və...

Amerika Birləşmiş Ştatlarında (ABŞ) alimlər nanotexnologiya sayəsində kemoterapiyaya alternativ ola biləcək "molekulyar qırıcılar" adlanan xərçəng müalicəsi üsulları hazırlayıblar.

 

Sfera.az xəbər verir ki, sözügedən müalicənin kemoterapiya ilə müqayisədə daha az yan təsirlərə səbəb olacağı qeyd edilib.

 

Bildirilib ki, Texasdakı Rays Universitetinin tədqiqatçıları tərəfindən "molekulyar qırıcılar" (MHJ) adlandırılan üsul şişləri aradan qaldırmaq üçün istifadə edilə bilər.

 

Bu üsulda “siyanin boya”sı bədənə vurulur və bu boya xərçəng hüceyrəsinə bağlandıqdan sonra, ona zərər vermədən bədənə dərindən nüfuz edə bilən infraqırmızı işıqla aktivləşir. Bu siqnallar xərçəng hüceyrəsində vibrasiyaya səbəb olur və hüceyrə membranının qopmasına səbəb olaraq xərçəngi məhv edir.

 

Qeyd edək ki, bu texnologiya yalnız siçanlar üzərində sınaqdan keçirilib.

 

Ülkər Abdurahmanlı

Sfera.az


OXŞAR XƏBƏRLƏR