"Zorakılıq izləri..." - Xruşşovun nəvəsinin ölüm səbəbi BƏLLİ OLDU  

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşşovun Moskvada cəsədi tapılan nəvəsinin ölüm səbəbi məlum olub. 

 

Sfera.az "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, Aleksey Adjubeyin ölüm səbəbi ürəyində yaranan problemlə əlaqəli ola bilər. 

 

"Kəskin ürək-damar çatışmazlığı qeydə alınıb", - mənbə ölümün ilkin səbəbini açıqlayıb.

 

Nəşrin həmsöhbəti onu da dəqiqləşdirib ki, Adjubey, yəqin ki, öz mənzilində yıxılıb. Xruşşovun nəvəsinin başında hematoma aşkarlanıb. Lakin zorakılıq izlərinə rast gəlinməyib.

 

Bundan əvvəl 69 yaşlı Adjubeyin sistemli qırmızı qızartı xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi. Bu birləşdirici toxuma və qan damarlarının sağalmaz xroniki otoimmun xəstəliyidir.

 

Xatırladaq ki, Xruşşovun nəvəsinin meyiti yanvarın 6-da Tverskaya küçəsindəki mənzildə tapılıb. O, ölümündən az əvvəl dostuna zəng edərək özünü pis hiss etdiyini deyib. Hadisə yerinə gələn həkimlər otağa daxil ola bilməyiblər və qapı açılanda Adjubeyin cəsədini aşkarlayıblar. Ölümün səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Gəncədə qadını keçmiş əri bıçaqladı

22.07.2025-ci il tarixində saat 02:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmməd...

3 yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayon sakini, 3 yaşlı U.Hacızadə əməliyyat üçün tibb ...

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...