Neft Fondunun valyuta satışları kəskin azalıb – SƏBƏB

Neft Fondunun valyuta satışları kəskin azalıb – SƏBƏB

Azərbaycan Dövlət Neft Fondu 2023-cü ilin dekabr ayı ərzində 149,9 milyon ABŞ dolları məbləğində vəsait satdığını açıqlayıb.


Sfera.az Fondun əvvəlki aylarla bağlı açıqladığı məlumatları da nəzərə alaraq xəbər verir ki, ötən il Neft Fondu ümumilikdə 2,689 milyard dollar dəyərində xarici valyuta satıb. 


Neft Fondunun 2023-cü ilə dair təsdiqlənən büdcəsində 6,635 milyard dollar vəsaitin dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulurdu. Faktiki icra edilən məbləğ nəzərdə tutulan maksimum məbləğdən 3,946 milyard dollar, yəni 2,47 dəfə azdır. 


Neft Fondunun valyuta satışlarının kəskin azalması Azərbaycanda dollar bolluğunun yaranması və dövlət büdcəsinin vergi gəlirlərinin artması ilə bağlıdır. Dövlət büdcəsinə vergilər və gömrük rüsumu hesabına daha çox vəsait daxil olduğundan Neft Fondundan transfertlərə ehtiyac xeyli azalıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Gəncədə qadını keçmiş əri bıçaqladı

22.07.2025-ci il tarixində saat 02:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmməd...

3 yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayon sakini, 3 yaşlı U.Hacızadə əməliyyat üçün tibb ...

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...