Məşhur müğənni səhnə qonorarını 4 dəfə artırdı

Məşhur müğənni səhnə qonorarını 4 dəfə artırdı

Müğənni Katya Lelin qonorarı 4 dəfə artıb.

 

Sfera.az xəbər verir ki, bu barədə kp.ru Rusiyanın ən böyük tədbir təşkilatçılarına istinadən məlumat yayıb.

 

Şəxsi konsert üçün Lelin orta qonorarı 900 min rubldan (təxminən 17 min manat) dörd milyona (təxminən 74 min manat) yüksəlib. Nəşr qeyd edib ki, bayramlardan sonra qiymət ensə də, üç milyonu keçməyəcək. Sənətçinin çıxışları üçün qiymətlər müraciətlərin sayına görə müəyyən ediləcək.

 

Nəşrin fikrincə, qonorarların belə artması Lel-in “My Marmelade” hitinin sosial mediada populyarlığının artması ilə bağlı ola bilər.

 

Xatırladaq ki, Lelin 2004-cü ildə ifa etdiyi "My Marmalade" mahnısı TikTok sayəsində bu payız trend olub. Sənətçi mahnının populyarlığını “Rusiyanın qələbəsi” adlandırıb. İfaçının sözlərinə görə, bəstənin TikTok-dakı uğuru xarici tərəfdaşların diqqətini ona çəkib.

 

 


OXŞAR XƏBƏRLƏR

6 ayda 162 nəfər qidadan zəhərlənib

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliy...

Magistralın bu hissəsi niyə “ölüm yolu” adlandırılır?

Sakinlər bu ərazini “ölüm yolu” adlandırırlar.   Sfera.az-ın məlumatına görə, söhbət Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyindən ...

Cəlilabadda içməli suyun verilişi bərpa olundu

Cəlilabad şəhəri və Uzuntəpə kəndinə içməli suyun verilişi bərpa olunub.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məl...

Sosial şəbəkələrdə vətəndaşlara dərman tövsiyə edənləri hansı cəza gözləyir? - VİDEO

Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.   Sfera.az-ın məlumatına görə, xüsusilə “Tiktok” s...

Prezidentin xüsusi nümayəndəsi sülh sazişindən danışdı

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət tele...

Ana balasının vəfat xəbərini eşidib öldü - Usta faciəyə səbəb oldu

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.   Sfera.az xəbər verir ki, partlayış usta siqaret çəkmək istə...