Bu ölkə vətəndaşlarına Rusiya və Ukraynada işləməyi qadağan etdi

Bu ölkə vətəndaşlarına Rusiya və Ukraynada işləməyi qadağan etdi

Nepal hökuməti öz vətəndaşlarının Rusiya və ya Ukraynaya işləmək üçün getməsini qadağan edib.
 

Sfera.az “The Himalayan Times” qəzetinə istinadən xəbər verir ki, ölkənin Məşğulluq Departamenti Rusiya ordusunda Nepal vətəndaşlarının öldürülməsi ilə bağlı xəbərlərin olduğunu və məsələnin araşdırıldığını bildirərək bu barədə məlumat yayıb.

 

Verilən açıqlamada Rusiya və Ukraynaya gedən ölkə vətəndaşlarının münaqişədə döyüşmək üçün cəlb edildiyi bildirilir.

 

Həmçinin məlumatda döyüşlərdə ən azı 10 nepallının öldürüldüyü, daha 4 nəfərin isə əsir götürüldüyü iddia olunur. Ukrayna tərəfində muzdlu olaraq döyüşən nepallıların olduğu da güman edilir, lakin bu, hökumət tərəfindən təsdiqlənməyib.
 

Qeyd edək ki, hər il 10 minlərlə nepallı işləmək üçün xaricə üz tutur. Nepalda yerli qaydalara əsasən, xaricə çalışmaq üçün gedən şəxslər hökumətdən icazə almalıdırlar.

Əzizə


OXŞAR XƏBƏRLƏR