Putin bu il hansı ölkələrə səfər edəcək?

Putin bu il hansı ölkələrə səfər edəcək?

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə bir neçə ölkəyə səfər edə bilər.

 

Sfera.az bildirir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, dövlət başçısı onlarla ölkəyə dəvət edilib. “Kreml Putinin hara səfər edəcəyini hələ açıqlamayıb. Əvvəlki aylarda Putin Braziliya, Burundi, Vyetnam, İraq, İran, Şimali Koreya, Kuba, Monqolustan, Tayland, Türkiyə və digər ölkələrə səfər etmək üçün dəvət alıb. Rusiya Federasiyasının prezidentinin ənənəvi olaraq postsovet məkanı dövlətlərində, o cümlədən Belarusiyada, Tacikistanda və Özbəkistanda olması gözlənilir. Putin bütün çətinliklərə baxmayaraq Ermənistana səfər edə biləcəyini etiraf edib”, deyə TASS vurğulayıb.

 

Agentlik həmçinin bildirib ki, Putinin mümkün xarici səfərlərinin coğrafiyası sadalanan ölkələrlə məhdudlaşmır: “Çünki zərurət yaranarsa, istənilən səfər dərhal razılaşdırıla bilər”.

 

Günay

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...

Suriya böhranı Almaniyaya sıçradı: Düsseldorfda qarşıdurma - VİDEO

Yaxın Şərqdəki qarşıdurmalar Avropaya keçib. Almaniyanın Düsseldorf şəhərində Dürzi icmasının tərəfdarları ilə Suriya rejimini dəstəkləyən qruplar arasında toqq...