Şimali Koreya Rusiyaya ballistik raketlər tədarük edir - İDDİA 

Şimali Koreya Rusiyaya ballistik raketlər tədarük edir - İDDİA 

ABŞ Administrasiyası Şimali Koreyanı Rusiyaya ballistik raketlər verməkdə ittiham edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

 

Kirbi bildirib ki, Rusiya bölgədəki tərəfdaşları ilə hərbi əməkdaşlığa can atır. "Bizdə olan məlumatlar göstərir ki, Koreya Demokratik Respublikası bu yaxınlarda Rusiyaya ballistik raketlər və raket buraxılış qurğuları tədarük edib. Rusiya sözügedən raketlərdən istifadə edərək Ukrayna hərbi qüvvələrinə ziyan vurub".

 

Ülkər Abdurahmanlı

Sfera.az


OXŞAR XƏBƏRLƏR