Astroloqlar xoşbəxt evliliyin SİRRİNİ AÇIQLADI: Bu yolla… 

Astroloqlar xoşbəxt evliliyin SİRRİNİ AÇIQLADI: Bu yolla… 

Astroloqlar xoşbəxt evliliyin sirrini açıqlayıb.

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, doğum xəritəsi haqqında məlumatların evlilik yoluna təsir etdiyi bəlli olub.

 

Astroloqların fikrincə, evliliyin uzunömürlü və sağlam olması üçün ruh yoldaşını tapmaq vacibdir. Bir çox insanın, xüsusən də xoşbəxt evliliyi olanların astroloji xəritələrinin bir-biri ilə uyğunlaşdığı məlum olub. Ruh yoldaşını tapmaq üçün isə doğum xəritələri eyni vaxtda araşdırılmalı, bucaqlar və birləşmələr müəyyən edilməlidir.

 

Ruh yoldaşınızla evləndiyinizi göstərən işarələr də var.

 

Məsələn, eyni zamanda eyni mövzu haqqında düşünürsünüzsə; gün ərzində bir-birinizi düşünmədən dayana bilmirsinizsə; yanında özünüzü rahat və təhlükəsiz hiss edirsinizsə; tez-tez dejavu yaşayırsınızsa, ruh yoldaşınızla evlənmiş ola bilərsiniz. Məlumata görə, astroloji bilgilərə baxdıqda, ruh yoldaşlarının xəritələrində ortaq nöqtələrin olduğu görülə bilər:

 

“Bu nöqtələrin kosmik əlaqələr baxımından əhəmiyyəti danılmaz həqiqət kimi ortaya çıxır”.

 

Astroloqlar həmçinin xəbərdarlıq edib ki, doğum məlumatları hər kəslə paylaşılmamalıdır: “Pis niyyətli insanların bu təfərrüatları kəşf etməməsi və istifadə etməməsi üçün bu, nəzərə alınmalıdır. Bu səbəbdən doğum xəritəniz haqda məlumatlarınızı etibarsız şəxslərlə bölüşməməlisiniz”.

 

Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR