Blinken Türkiyəyə gedəcək: Masada nələr var?

Blinken Türkiyəyə gedəcək: Masada nələr var?

ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edəcək.

 

Sfera.az bildirir ki, səfər Blinkenin Yaxın Şərqə turu çərçivəsində baş tutacaq.

 

Belə ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada dövlət katibinin Yaxın Şərqə səfəri zamanı ilk dayanacağının Türkiyə olacağı, daha sonra Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, İsrail və İordan çayının qərb sahilinə gedəcəyi bildirilib.

 

Blinkenin Türkiyə səfərində regional məsələlərlə yanaşı, İsveçin NATO-ya üzvlüyü və F-16-ların satışının da müzakirə mövzusu olacağı vurğulanıb.

 

Sözügedən səfər zamanı Blinkenin Türkiyə prezidenti tərəfindən qəbul edilib-edilməyəcəyi hələlik bəlli deyil.

 

Digər tərəfdən, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller F-16-ların Türkiyəyə satış prosesi ilə bağlı Konqreslə çalışdıqlarını və qanun layihəsinin Baş Assambleyada təsdiqini səbirsizliklə gözlədiklərini bildirib. “Konqresdə maneələrlə qarşılaşdıq, onları ciddi şəkildə aradan qaldırmağa çalışırıq”, deyə o, əlavə edib.

 

Günay

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...