Bankçılıqda YENİLİK: Müştəri artıq barmaq izini...

Alimlər real həyatda teleportasiyanın həyata keçirilməsi üçün ilk böyük addımı atdıqlarını iddia ediblər.
Sfera.az xəbər verir ki, Yohannesburqdakı "Witwatersrand" universitetinin və İspaniyanın "Fotonik Elmlər İnstitutu"nun tədqiqatçıları qabaqcıl kvant rabitə formasından istifadə edərək təsvirləri ötürən ən müasir texnikadan istifadə ediblər.
"Witwatersrand" universitetinin professoru Endryu Forbes bildirib ki, ənənəvi olaraq, iki ünsiyyət quran tərəf hətta kvant səltənətində belə fiziki olaraq bir-birinə məlumat göndərir. İndi əlaqə üzərindən məlumatı teleportasiya etmək mümkündür. “Star Trek” texnologiyası reallığa çevrilib.
Elm adamlarının əldə etdiyi ən mühüm irəliləyiş tədqiqatda qeyri-xətti optik detektorun istifadəsi olub. Bu alət əlavə fotonlara ehtiyacı aradan qaldırır və istifadə edildikdə barmaq və ya üz izləri göndərilə bilər.
Forbesə görə, bu protokol bir əsas komponentdən başqa teleportasiyanın bütün xüsusiyyətlərinə malikdir. Qeyri-xətti detektoru aktivləşdirmək üçün parlaq lazer şüası tələb olunur.
Bu texnologiyanın bu gün istifadə oluna biləcəyi başqa bir sahə bankçılıqdır. Teleportasiya texnologiyası o deməkdir ki, müştəri heç bir fiziki üsuldan istifadə etmədən barmaq izini banka göndərə bilər.
Firuzə Əliyeva