"2024-cü ildə təhsil sahəsində bu dəyişikliklər olacaq" - Kamran Əsədov 

"2024-cü il ölkə təhsili üçün bir çox mühüm hadisələrin baş vermə ilidir".


Sfera.az-ın məlumatına görə, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.

 

Onun sözlərinə görə, ən böyük tarixi hadisə Qarabağ Universitetinə qəbulun keçirilməsi və universitetdə tədrisin təşkili olunmasıdır:


"2024-cü ildə nəhayət ki, "Ali təhsil haqqında qanun"un  qəbul olunması gözlənilir ki, bu da çox vacib məsələdir. Bu il sertifikasiya imtahanı verən müəllimlərin sayı və əhatəsi genişlənəcək. Nəhayət ki, 2018-ci ildə "Təhsil Haqqında qanun"a edilən dəyişikliklərdən sonra  Ali təhsil müəssisələrində "Hazırlıq qrupları" yaradılacaq".

 

Ekspert bildirib ki, 2024-cü il həm də beynəlxalq şagird qiymətləndirmə imtahanları üçün mühüm ildir.


"Belə ki, bu il IELS 2025-in sınaq mərhələsi, TALIS 2024-ün əsas mərhələsi, PISA 2025-in sınaq mərhələsi keçiriləcək. Bundan əlavə qeyd edim ki, təhsil sistemində struktur dəyişikliklərinin olacağını da gözləmək olar. Belə ki, Bakı şəhəri Təhsil İdarəsinin əvəzinə Bakı rayonlarının birləşəcəyi 4 təhsil İdarəsinin yaradılması mümkündür". 

 

K. Əsəodov son olaraq əlavə edib ki, ölkəmizdə həm yeni universitetlər, (İtaliya Azərbaycan, Türkiyə Azərbaycan), həm də bölgələrdə ADA Universitetinin yeni filial-mərkəzləri (Gəncə şəhəri, Şəki şəhəri) açılacaq". 

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...