Yaponiyada iki təyyarə toqquşdu - 400 sərnişini olan təyyarə yandı

Yaponiyada iki təyyarə toqquşdu - 400 sərnişini olan təyyarə yandı

Tokio hava limanında təyyarə yanıb. İçərisində 400 sərnişinin olduğu təyyarə məcburi eniş edib.
 

Sfera.az bildirir ki, xilasedicilər tamamilə alova bürünmüş təyyarədən sərnişinləri və ekipaj üzvlərini çıxarıblar. Digər təyyarənin bəzi ekipaj üzvləri itkin düşmüş hesab olunur.


Pilotlar yerə enməyə müvəffəq olub, xüsusi təyinatlılar yanğını söndürməyə və insanları xilas etməyə başlayıblar.


Tokionun Haneda hava limanında fövqəladə vəziyyətlə bağlı ilk məlumat Bakı vaxtı ilə saat 12:16-da dərc edilib. Yaponiya Hava Yollarına məxsus 516 saylı reysi yanıb. Təyyarə daxili reysdə olub. “Airbus A350” təyyarəsi Tokionun Hokaido adasından (Chitose hava limanı) havaya qalxıb.


İlkin məlumatlara görə, eniş zamanı sahil mühafizə təyyarəsi ilə toqquşma baş verib.

Şahidlərin çəkdiyi videoda eniş anını görmək olar. Təyyarə enmə zolağına doğru irəliləyir, aşağı hissəsi isə yanğına qərq olub.

Fərqli bucaqdan çəkilmiş kadrlarda təyyarənin zədələnmiş quyruğunun qırıq olduğu görünür. Xilasedicilər alovu söndürmək üçün təyyarənin üzərinə su tökürlər.

Yanğının təyyarəni tamamilə əhatə etdiyi məlumatlar da xəbərlər arasındadır. Xüsusilə də sərnişinlərin oturduğu salonda alovlar görünür.

“Japan Airlines” sözçüsü təyyarədən 379 sərnişin və ekipajın təxliyə edildiyini bildirib. Yaralıların olub-olmadığı hələlik məlum deyil. Bu arada “Sky News” sahil mühafizə təyyarəsinin ekipajının taleyi barədə məlumat yayıb. Onlar altı ekipaj üzvündən beşinin itkin düşmüş hesab edildiyini bildirdilər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...