İkinci Dünya Müharibəsindən sağ çıxan məşhur aktrisa ağır yaralandı

İkinci Dünya Müharibəsindən sağ çıxan məşhur aktrisa ağır yaralandı

Bu gün səhər saatlarında Xarkovda Rusiyanın raket hücumu nəticəsində aktrisa yaralanıb. 89 yaşlı Viktoriya Timoşenko Xarkov Akademik Dram Teatrının aktrisasıdır.

 

Sfera.az bildirir ki, Ukrayna mediası qadının İkinci Dünya Müharibəsindən sağ çıxdığını və Ukraynanın Əməkdar artisti olduğunu yazıb.


Hadisə barədə aktyor Yevgeni Safonov sənətçinin nəvəsinə istinadən məlumat verib.

 

Safonovun sözlərinə görə, əvvəlcə Viktoriya Timoşenkonun nəvəsi aktrisanın öldüyünü desə də, sonradan məlum olub ki, qadın Xarkov xəstəxanasında reanimasiyada çox ağır vəziyyətdədir.
 

Qeyd edək ki, Viktoriya Timoşenko 1934-cü ildə anadan olub, Dünya Müharibəsindən sağ çıxıb, Ukraynanın əməkdar artistidir.

 

Xarkov Akademik Dram Teatrı isə 1933-cü ildə Xarkovda yaradılmışdır.

 

1971-ci ildə A. S. Puşkin adına Xarkov Dövlət Dram Teatrı akademik adını aldı. 24 dekabr 2022-ci ildə teatrın adı Xarkov Vilayət Şurasının deputatları tərəfindən dəyişdirilib.
 

Bu gün səhər saatlarında ruslarıb hava hədəflərinin bir hissəsi Xarkov istiqamətinə yönəldilib. Dağıntı və tələfatla nəticələnən hücum zamabl “Kinjhal” aeroballistik raketlərindən istifadə edilib. 45 ukraynalı yaralanıb, 1 nəfər ölüb. Xilasetmə əməliyyatı davam etdiyi üçün, bu ilkin məlumatlardır.


Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov ölən şəxsin 91 yaşlı qadın olduğunu bildirib. Xarkov tibb müəssisələrində təcili yardıma ehtiyacı olan 38 nəfər var.


Ümumilikdə ən azı 6 raket zərbəsi endirilib. Zərbələr şəhərin Şevçenko rayonunda baş verib. Zərərçəkənlər arasında Xarkov Vilayət Şurasının sədrinin müşaviri Natalya Popova da var. O, azyaşlı oğlu ilə birlikdə yaralansa da, möcüzə nəticəsində ağır xəsarətlərdən xilas olub.
 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...