Proqnozu Yeni ildən bir neçə saat əvvəl gerçəkləşdi - Nostradamus başqa nə deyib?

Proqnozu Yeni ildən bir neçə saat əvvəl gerçəkləşdi - Nostradamus başqa nə deyib?

Fransız öngörücü Nostradamusun 2024-cü il üçün verdiyi dəhşətli proqnozlardan biri Yeni ilə bir neçə saat qalmış gerçəkləşib.

 

Sfera.az bildirir ki, əsl adı Mişel de Nostredame olan öngörücü 450 il əvvəl bəşəriyyətin gələcəyi ilə bağlı bir çox düzgün fərziyyələrin qeyd edildiyi “Les Propheties” kitabının müəllifidir. Onun Adolf Hitlerin hakimiyyətə gəlməsini, prezident Con Kennedinin öldürülməsini, COVID-19 pandemiyasının başlanğıcını və hətta 2022-ci ildəki yaşayış böhranını dəqiq proqnozlaşdırdığına inanılır.

 

Bu yaxınlarda Nostradamusun daha bir uğurlu proqnozuna şahid olduq. O, 2024-cü il haqqında:

 

"Quru Yer daha da quruyacaq və böyük daşqınlar olacaq"- yazıb. Ekstrasensin pərəstişkarları bunun Yaponiyada ötən gün (1 yanvar) 7,4 bal gücündə zəlzələdən sonra müşahidə edilən sunami xəbərdarlığına aid olduğuna inanırlar.

 

Qeyd edək ki, böyük sunami xəbərdarlığından sonra bir neçə bölgədəki sakinlərə dərhal təxliyə əmri verilib. Mütəxəssislər əvvəlcə dalğaların 5 metr yüksəkliyə çata biləcəyini proqnozlaşdırıblar.

 

Nostradamus həmçinin "vəba dalğası səbəbindən çox böyük bir aclıq" gözlənildiyi barədə xəbərdarlıq edib. Bu o deməkdir ki, proqnoz doğru çıxsa, dünyanı daha da pis hadisələr gözləyəcək. Bununla belə, Nostradamus təkcə təbii fəlakətləri qabaqcadan görmür. O, öz kitabında 2024-cü ilin Kral Çarlz üçün təlatümlü olacağını yazır.

 

“Les Propheties” kitabında belə deyilir: “Adaların kralı zorla qovulur... onun yerinə kral əlamətləri olmayan biri gələcək”.

 

Analitik və “Nostradamusun peyğəmbərlikləri” kitabının müəllifi Mario Ridinq hesab edir ki, kral həm özünə, həm də ikinci həyat yoldaşı Kraliça Kamillaya davamlı hücumlar səbəbindən istefa verə bilər.

 

Qeyd edək ki, Nostradamus kral ailəsi haqqında dəqiq proqnozları ilə tanınır. O, Kraliça II Elizabetin 2022-ci ildə ölümünü qabaqcadan görüb və hətta onun yaşını düzgün təxmin etdiyi bildirilir. Fransız filosofu həmçinin 2024-cü ildə beynəlxalq münaqişələrin kəskinləşəcəyini proqnozlaşdırıb.

 

O yazırdı: "Qırmızı düşmən qorxudan ağaracaq, böyük okeana dəhşət gətirəcək." Nostradamusun pərəstişkarları hesab edirlər ki, "qırmızı düşmən" kommunist Çin ola bilər. "Böyük okean" döyüşlərinin dənizdə, bəlkə də Hind okeanında baş verə biləcəyini göstərir.

 

Təhlükəsizlik mütəxəssisləri bir müddətdir ki, Çini diqqətlə izləyirlər. Şərqi Asiya ölkəsinin hətta ABŞ-la kosmik müharibəyə hazırlaşdığı bildirilir.

 

Yeni Papa

 

Nostradamus 2024-cü ildə Papa Fransiskin ölümünü də proqnozlaşdırıb. Katolik kilsəsinin liderinin bu ilin dekabrında 88 yaşı tamam olacaq. Filosof gələn ilin Papa üçün faciəli olacağını yazıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərimizin bağlı olmasından DANIŞDI: "Tam əminliklə deyə bilərəm ki..."

Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı o...

Milli Məclisin komitələrinə sədr seçildi - TAM SİYAHI

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni Azərba...

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

"Onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edirik" - Prezident

Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.   Sfera.az xəbər v...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...

Milli Məclis sədrinin müavinləri seçildi - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.   Sfera.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzak...