Almaniyada kilsəyə hücum edən terrorçular SAXLANILDI

Almaniyada kilsəyə hücum edən terrorçular SAXLANILDI

Almaniya polisi Köln kilsəsində terror aktı planlaşdırmaqda şübhəli bilinən üç nəfəri həbs edib.

 

Sfera.az xəbər verir ki, alman polisi bayram günlərində terror aktları ilə bağlı xəbərdarlıqlardan sonra təcili tədbir görüb.

 

Köln polis rəisi Johannes Hermannsın dediyinə görə, hücumun avtomobildə həyata keçirilməsi nəzərdə tutulubmuş. Bu barədə dindirilmə zamanı istintaqa qruplaşmanın tacik üzvü məlumat verib.

 

O, planlaşdırılan hücumun təfərrüatlarını da açıqlayıb. Həbslər Düren bölgəsindəki Duysburq, Gern və Nerfeniç şəhərlərində həyata keçirilib. Mənzillərdə də axtarışlar aparılıb. Bundan əlavə, asayiş keşikçiləri partlayıcı maddələri hiss edən itlərdən istifadə etməklə Köln kilsəsinin altındakı yeraltı dayanacağa baxış keçirsə də, şübhəli heç nə aşkar edilməyib.

 

Kölndə təhlükəsizlik tədbirləri

 

Qeyd edək ki, dekabrın 29-da Köln polisi yeni il ərəfəsində kilsə və onun ətrafını qorumaq üçün ciddi tədbirlər görəcəyini, o cümlədən polisin pulemyotlardan istifadə etdiyi barədə məlumat yayıb. Milad bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Əvvəlcə kilsə turistlər üçün bağlansa da, ayinlərin keçirilməsinə fasilə verilməyib.

 

Təhlükəsizlik orqanları, həmçinin Vyanada kilsəyə mümkün hücum barədə də məlumat alıb. Avstriyada da yerli polis Milad və Yeni il üçün təhlükəsizlik tədbirlərini gücləndirib. Burada da iki kişi, ikisi qadın olmaqla, 4 nəfər həbs edilib.

 

Almaniyanın federal daxili işlər naziri Nensi Feser terrorçuların avropalıların həyat tərzini məhdudlaşdıra bilməyəcəyini vurğulayıb.

 

Xatırladaq ki, dekabrın 21-də Çexiyada Praqanın mərkəzində də atışma olmuşdu. Naməlum şəxs Çarlz Universitetində insanlara atəş açıb. Hadisə nəticəsində 15 nəfər ölüb, 25 nəfər yaralanıb.  

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...