Rafaelin məşhur tablosunda aşkar edilən gizli detal nədir? - FOTO

Rafaelin məşhur tablosunda aşkar edilən gizli detal nədir? - FOTO

Süni intellekt vasitəsilə şəkillərdə insan gözü ilə seçilməsi mümkün olmayan fərqli detalları görmək öyrədilə bilər.

 

Sfera.az bildirir ki, süni intellektdən istifadə edən alimlər Rafaelin məşhur “Qızılgül Madonnası” əsərində Müqəddəs İosifin üzündə qeyri-adi bir detal aşkar ediblər.

 

Tədqiqatçılar hesab edirlər ki, bu üz İntibah dövrü rəssamının əli ilə çəkilməyib. Əslində, "Qızılgül Madonnası"nın Rafael tərəfindən çəkilib-çəkilməməsi uzun müddətdir mübahisə mövzusudur. İndi süni intellektdən istifadə etməklə aparılan rəsmin təhlili də göstərdi ki, şah əsərin bəzi hissələri başqa bir rəssamın əli ilə çəkilib.

 

Alimlər müəllifi mütləq Rafael olan əsərlər əsasında xüsusi analiz alqoritmi yaradıblar. Bunun sayəsində süni intellekt məşhur rəsmdə insan gözündən gizlədilən detalları görə bilib.

 

Süni intellekt xüsusilə, rəssamın üslubunu, onun toxunuşlarının xüsusiyyətlərini, rəng palitrasını, kölgələri, eləcə də şəklin hər bir detalını tanıya bilir.

 

Alimlər süni intellektdən təkcə bütün şah əsəri təhlil etmək üçün deyil, rəsmdəki fərdləri öyrənmək üçün istifadə ediblər. Rafaelin şah əsərində Məryəm, körpə İsaya üzərində yazı olan perqament verən Vəftizçi Yəhya və Müqəddəs İosif (yuxarı sol küncdə) təsvir edilmişdir.

 

Alimlər hesab edirlər ki, Müqəddəs İosifdən başqa şəkildəki bütün personajlar çox güman ki, Rafaelin əli ilə çəkilib.

 

Qeyd edək ki, bu şedevr əsərlə bağlı keçmiş araşdırmalar artıq sübut edib ki, Müqəddəs İosifin üzü rəsmdəki digər üzlərdən daha pis rənglənib. Yeni süni intellekt keçmiş təhlilləri təsdiqlədi. Baxmayaraq ki, bunu dəqiq söyləmək hələ çox tezdir, amma alimlər deyirlər ki, Müqəddəs İosifin üzünü Rafaelin tələbəsi Giulio Romanonun çəkmə ehtimalı yüksəkdir.

 

“Qızılgüllü Madonna” rəsminin 1518-1520-ci illərdə çəkildiyi güman edilir. 19-cu əsrin ortalarında isə sənət tarixçiləri Rafaelin bütün sənət əsərinin tək müəllifi olmaya biləcəyindən şübhələnməyə başladılar.

 

Alimlər şah əsərin əlavə təhlilinin aparılmasına ehtiyac olduğunu bildirsələr də, bu şübhələr, demək olar ki, tam təsdiqini tapıb. Bu da süni intellekt vasitəsilə mümkün olacaq.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

"Avropa Rusiya ilə münasibətlərinə yenidən baxacaq" - Makron

"Avropa gələcəkdə Rusiya ilə münasibətlərinə yenidən baxmalı olacaq".   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Pr...

Prezident quru sərhədlərimizin bağlı olmasından DANIŞDI: "Tam əminliklə deyə bilərəm ki..."

"Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər b...

Milli Məclisin komitələrinə sədr seçildi - TAM SİYAHI

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni Azərba...

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

"Onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edirik" - Prezident

Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.   Sfera.az xəbər v...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...