2023-cü ildə dünyada yaddaqalan MÜHÜM HADİSƏLƏR

2023-cü ildə dünyada yaddaqalan MÜHÜM HADİSƏLƏR

2023-cü ildə dünyada çoxlu sayda yaddaqalan siyasi hadisələr və təbii fəlakətlər baş verdi.

 

Sfera.az xatırladır ki, ötən ilin yaddaqalan ən böyük hadisələri Türkiyədə fevralın 6-da baş verən zəlzələ, İsrail-HƏMAS müharibəsi, Rusiya-Ukrayna müharibəsi və Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları oldu.

 

2023-cü ilin fevralın 6-da Türkiyədə 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verdi. Mərkəzi Kahramanmaraşda olan zəlzələlərdə ən azı 56 min insan həyatını itirdi. Zəlzələ Türkiyə ilə yanaşı Suriyada da hiss edildi və burada 6 min insan öldü.

 

Sentyabrın 8-də Mərakeşdə də güclü zəlzələ olub. Marakeşdə 6,8 bal gücündə zəlzələdə təxminən 3 min adam öldü, 5 min 600-dən çox insan yaralandı.

 

Digər təbii fəlakət Liviyadakı sel olub və bu hadisə ilə əlaqədar 11 mindən çox insan həyatını itirib. Bundan başqa oktyabrda Əfqanıstanda 6,3 və 6,2 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Əfqanıstandakı zəlzələdə 3 mindən çox insan həyatını itirib.

 

Rusiya-Ukrayna müharibəsi 2023-cü ildə də dünyanın gündəmində qalıb. 2023-cü ildə Ukrayna hərbi gücünü artırdı və iyunda Rusiyanın işğal etdiyi torpaqları geri almaq üçün əks-hücum əməliyyatına başladı. İlin sonunda isə Rusiya 2023-cü ilin ən böyük raket və dron hücumunu həyata keçirdi. Bu hücum zamanı 158 raket və pilotsuz uçuş aparatından istifadə edildi və 30-dan çox ukraynalı həyatını itirdi.

 

“Vaqner” Qrupunun rəhbəri Yevgeni Priqojin iyunun 23-də tərəfdarları ilə birlikdə Moskvaya yürüş edərək üsyana başlaması da mühüm hadisə oldu. “Qardaş qanını tökməmək” üçün üsyanı dayandıran Priqojin iki ay sonra Moskva yaxınlığında təyyarə qəzasında dünyasını dəyişdi.

 

Qarabağda antiterror əməliyyatı da 2023-cü ilin mühüm hadisəsidir. Azərbaycan sentyabrın 19-da Ermənistanın təxribatlarına qarşı Qarabağ bölgəsində antiterror əməliyyatına başladı. Antiterror əməliyyatı Qarabağ bölgəsində Azərbaycan dövlətinin konstitusiya quruluşunun təmin edilməsi üçün həyata keçirilən mühüm əməliyyat oldu. Bu əməliyyatlardan sonra Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi və Xocalıda Azərbaycan bayrağını qaldırdı.

 

Israil-HƏMAS müharibəsi 2023-cü ilin mühüm hərbi toqquşmalarından birinə çevrildi. Oktyabrın 7-də İsrailə qarşı Əqsa tufanı əməliyyatına başladıqlarını və gecə ərzində 5 min raket atdıqlarını açıqlayan HƏMAS-ın aldığı cavab sarsıdıcı oldu. İsrail Müdafiə Qüvvələri (IDF) gecə boyu davam edən raket hücumundan sonra səhər saatlarında döyüş hazırlığı elan etdi və HƏMAS-a qarşı Qəzza zolağında geniş əməliyyatlar başlanıldı.

 

Bu əməliyyatlar hələ də davam edir. Son məlumatlara əsasən, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 22 min insan dünyasını dəyişib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...