Hollivud ulduzu küçədə hücuma məruz qaldı

Hollivud ulduzu küçədə hücuma məruz qaldı

59 yaşlı amerikalı aktyor Yan Ziering Yeni il gecəsi Los-Ancelesdə baykerlər dəstəsi ilə dava edib. Müvafiq videogörüntülər sosial şəbəkələrdə yayılıb.

 

Sfera.az bildirir ki, 90-cı illərin sonlarında məşhur olan "Beverly Hills, 90210" serialının ulduzunun dava anları hadisə şahidi tərəfindən lentə alınan kadrlarda əks olunub.

 

Aktyorun hələ avtomobildə ikən, Hollivud bulvarı ilə hərəkət edən bir qrup motosikletçi ilə dava etdiyi görünür. Ziering ilk yumruğu maşınının qarşısındakı baykerlərdən birinə atır. Sonra onu yerə itələyir. Bir neçə saniyədən sonra digər baykerlər gəlib onu mühasirəyə alırlar. Onlardan dördü aktyoru bir neçə saniyə döyüb.

 

Aktyor hərəkətli küçədən keçərək qaçmağa çalışır. Baykerlərdən ikisi onu təqib edib, biri isə aktyorun köynəyindən tutub geri çəkib. Hücum edənlərdən biri ulduzu park edilmiş qırmızı avtomobilə doğru itələyir, lakin Ziering müqavimət göstərməyə və onu təpikləməyə davam edir. İkincisi daha sonra yerə yıxılır, Zieringi də yolun qarşısına yıxmağa çalışır. Sonda çataraq, ona başından zərbə endirir.

 

Başqa bir qadın bayker də onlara qoşulur və Zieringi daha sərt vurmağa çalışır. Sonda Ziering xilas olaraq, Hollivud Şöhrət Xiyabanında qaçmağı bacarır. Baykerlərdən biri yavaş-yavaş onu bir müddət daha təqib edir, digərləri isə hər şeyi izləyir.

 

Mübahisənin tam olaraq nədən qaynaqlandığı bəlli deyil. Hadisə aktyorun qızının gözləri qarşısında baş verib. Hadisədən sonra atası ona təsəlli vermək üçün yaxınlaşıb. Aktyor hələ ki, dava ilə bağlı açıqlama verməyib, lakin polis hesabatında o, zərərçəkən tərəf kimi qeyd olunub.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...