Bayramdan istifadə edib 20 min manat oğurladı

Kriminal
22:05 / 01.01.2024
62785
Dekabrın 31-də paytaxt ərazisindəki evlərin birindən 20 000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Sfera.az xəbər verir ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini S.Quliyev müəyyən olunaraq saxlanılınb.
Araşdırma aparılır.