Lopezin ləng seçimi Affleki özündən çıxardı - FOTO 

Lopezin ləng seçimi Affleki özündən çıxardı - FOTO 

Dünyaca məşhur müğənni Cenifer Lopez və Ben Afflek 2024-cü ili Karib adalarında, milyarderlərin və məşhurların istirahətə üstünlük verdiyi Müqəddəs Bartolomey adasında qarşılayıb. 

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, Afflek həyat yoldaşına yeni il sürprizi etmək qərarına gəlib. Bu məqsədlə cütlük zərgərlik butikini ziyarət etmək üçün Qustaviyaya gəlib.

 

Onları təqib edən paparazilər cütlüyün mübahisə etdiyi anı lentə almağı bacarıblar. Belə ki, görüntülərdə məşhurların necə mübahisə etdiyi aydın görünüb.

 

Əvvəlcə onlar böyük maraqla zinət əşyalarına baxıb. Lopez seçimini çox ləng edib, bu isə Affleki yorub. Paparazilər aktyorun yorğun və cansıxıcı adama oxşadığını qeyd ediblər.

 

Lopez əvvəlcə ərinə qəzəbli cavab verib, lakin sonra fərqli siyasət aparıb. Sakit dayanaraq xəfif gülümsəyib və Afflekin sakitləşməsini gözləyib. Bundan sonra Ben Lopezin şəklini çəkərək onu öpüb. Daha sonra cütlük əl-ələ tutub gəzintiyə çıxıblar.

 

İnci


OXŞAR XƏBƏRLƏR

6 ayda 162 nəfər qidadan zəhərlənib

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliy...

Magistralın bu hissəsi niyə “ölüm yolu” adlandırılır?

Sakinlər bu ərazini “ölüm yolu” adlandırırlar.   Sfera.az-ın məlumatına görə, söhbət Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyindən ...

Cəlilabadda içməli suyun verilişi bərpa olundu

Cəlilabad şəhəri və Uzuntəpə kəndinə içməli suyun verilişi bərpa olunub.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məl...

Sosial şəbəkələrdə vətəndaşlara dərman tövsiyə edənləri hansı cəza gözləyir? - VİDEO

Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.   Sfera.az-ın məlumatına görə, xüsusilə “Tiktok” s...

Prezidentin xüsusi nümayəndəsi sülh sazişindən danışdı

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət tele...

Ana balasının vəfat xəbərini eşidib öldü - Usta faciəyə səbəb oldu

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.   Sfera.az xəbər verir ki, partlayış usta siqaret çəkmək istə...