Avropa İttifaqı rəsmiləri avro ilə bağlı bəyanat yaydılar

Avropa İttifaqı rəsmiləri avro ilə bağlı bəyanat yaydılar

Avropa İttifaqı (Aİ) rəsmiləri 1999-cu il yanvarın 1-dən Aİ-yə üzv ölkələrin vahid valyutası kimi istifadə olunmağa başlayan avronun 25-ci ildönümü münasibətilə birgə təbrik mesajı dərc ediblər.


Sfera.az xəbər verir ki, həmin rəsmilər Aİ Şurasının sədri Şarl Mişel, İrlandiyanın Dövlət Xərcləri və İslahatlar naziri Paskal Donohoe, Avropa Mərkəzi Bankının Prezidenti Kristin Laqard, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Parlamentinin sədri Roberta Metsola olub.

 
“İkinci Dünya Müharibəsindən sonra uzaqgörən liderlər başa düşdülər ki, qitəmizdə sülhə nail olmağın yeganə yolu iqtisadiyyatlarımızı birləşdirməkdir. Bu layihə 25 il əvvəl, 1999-cu il yanvarın 1-də birləşmiş Avropanın zamanla bu sülh dividentindən yaranan iqtisadi faydalardan maksimum yararlanmaq üçün vahid valyutaya ehtiyac duyacağı fikri ilə reallaşıb. Bu gün avro bizə sadəlik, sabitlik və suverenlik bəxş edən gündəlik həyatımızın əvəzsiz hissəsidir.


Dünyanın ikinci ən vacib valyutasının dövriyyəyə buraxılması təlatümlü dünyada bizə daha böyük suverenlik verdi. Ona görə də avrodan istifadə edən ölkələrin sayının 11-dən 20-yə yüksəlməsi təəccüblü deyil. Bu illər ərzində böyük çətinliklər olub, amma hər dəfə düzgün cavablar tapdıq. Hələ işimiz bitməyib. Çünki bu gün biz ölkələrin təkbaşına öhdəsindən gələ bilməyəcəyi yeni çağırışlarla üz-üzəyik və insanlar bunun cavabını Avropada axtarırlar ”,- bəyanatda qeyd olunub.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...