ABŞ İsrailə göndərdiyi təyyarədaşıyan gəmini geri çəkəcək? - İDDİA

ABŞ İsrailə göndərdiyi təyyarədaşıyan gəmini geri çəkəcək? - İDDİA

ABŞ rəhbərliyinin Qəzzada böhranın başlanğıcında İsrailə dəstək məqsədilə Şərqi Aralıq dənizinə göndərdiyi “USS Gerald R. Ford” təyyarə gəmisini yaxın günlərdə geri çəkəcəyi iddia edilib.


Sfera.az xəbər verir ki, Amerikanın “ABC News” kanalına açıqlama verən və adının çəkilməsini istəməyən iki ABŞ rəsmisi oktyabrın ortalarından regionda fəaliyyət göstərən təyyarədaşıyan gəminin missiya təlimatlarının tezliklə dəyişəcəyini bildirib.

 

Sözügedən rəsmilər qeyd ediblər ki, ölkənin inventarında olan ən böyük və ən yeni təyyarə gəmisi olan “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi onu müşayiət edən kreyserlər və hücum gəmiləri Şərqi Aralıq dənizini yaxın günlərdə tərk edərək, limana qayıdacaq.  

 

Həmin səlahiyyətlilər bölgədə İsraili dəstəkləmək üçün hələ də çoxlu gəmi və kreyserlərin olduğunu və onların Təl-Əvivə dəstəyinin davam etdiyini əlavə edib.

 

Hələlik Pentaqondan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

 

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarından dərhal sonra ABŞ-nin müdafiə naziri Lloyd Ostin İsrailə kömək etmək üçün təyyarədaşıyan gəmilərin Şərqi Aralıq dənizinə göndərilməsi barədə göstəriş vermişdi.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...