"1 yanvardan taksi sürücüləri cərimələnməyəcək, çünki..." - MÜHÜM AÇIQLAMA

Bu gündən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslərin iki yüz manat məbləğində, hüquqi şəxslərin isə min manat məbləğində cərimə ediləcəyi barədə məlumatlar yayılıb.


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, 1 yanvardan taksi sürücülərinə heç bir yeni cərimə yazılmayacaq.


Mütəxəssis bunun səbəbini sistemin hələ işləməməsi ilə izah edib:


“Səbəbi də çox sadədir. Taksi fəaliyyətində müxtəlif qanun pozuntularına görə yeni cərimələr formal olaraq bu gündən qüvvəyə minsə də, tətbiq edilə bilməyəcək. Ona görə ki, taksi fəaliyyəti üçün yeni icazə sistemi hələ işə düşməyib. AYNA yeni sistemi tam işə salmalıdır, bu fəaliyyət üçün buraxılış vərəqələri və buraxılış kartları verilməlidir. Yalnız ondan sonra bu vərəqə və kartı almadan fəaliyyət göstərənlərə cərimə yazılması mümkün ola bilər”.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...