Rusiyaya AĞIR ZƏRBƏ: Qadağadan yayına BİLMƏYƏCƏK

Rusiyaya AĞIR ZƏRBƏ: Qadağadan yayına BİLMƏYƏCƏK

Bu gündən G7 və Aİ ölkələrinə Rusiya almazlarının idxalına qadağalar qüvvəyə minir. Martın 1-dən etibarən isə digər ölkələrdə emal edilən rus almazlarına da məhdudiyyətlər qoyulacaq.


Sfera.az TASS-a istinadən xəbər verir ki, yeni məhdudiyyətlər Rusiyada hasil edilmiş, emal edilmiş və ya istehsal edilmiş almazların idxalına aiddir. Qadağa qeyri-kommersiya məqsədli təbii, süni brilyant və almaz zinət əşyalarını da əhatə edir. 


Xüsusi müddəalar 1 martdan 1 sentyabra qədər mərhələli şəkildə tətbiq ediləcək.


Lakin bir çox analitik qadağanın tətbiq olunacağına şübhə ilə yanaşır.


Analitik Aleksey Kalaçev bildirib ki, hazırda almazların yoxlanılması və sertifikatlaşdırılması mexanizmi mövcud deyil, sentyabrın 1-nə qədər hazır olub-olmayacağı isə bilinmir:


“Əgər mexanizm daşların mənşəyinin müəyyən edilməsinin texniki üsullarına əsaslanırsa, bahalı və çox da səmərəli olmayan texnologiya olsa da, onu tez bir zamanda tətbiq etmək mümkün olacaq.Əgər brilyantların izlənilməsi mexanizmi blokçeyn texnologiyalarına əsaslanırsa, belə bir sistemin tətbiqi üçün illər lazım olacaq”.


Analitik Olqa Belenkaya isə bildirib ki, Rusiya bu məhdudiyyətlərdən yayına bilməyəcək:


"Brilyantlar Rusiya ixracatının nisbətən kiçik bir hissəsini təşkil edir. Bu sanksiyalar üzrə əsas risklər Rusiyanın almaz nəhəngi "Alrosa"ya aiddir. Nəzərə alsaq ki, Rusiya qlobal bazarda almazların əsas tədarükçülərindən biridir, qadağadan yayına bilməyəcək”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...