Ebru Gündəş keçmiş sevgilisi ilə verilişdə üz-üzə gəldi - ANBAAN VİDEO

Ebru Gündəş keçmiş sevgilisi ilə verilişdə üz-üzə gəldi - ANBAAN VİDEO

"O Səs Türkiyə" hər il olduğu kimi, bu il də Yeni ilə özəl proqramı ilə ekranlara gəlib.

 

Sfera.az xəbər verir ki, proqramda Türkiyənin məşhur müğənnisi Ebru Gündəşlə bağlı maraqlı anlar yaşanıb.

 

Belə ki, yarışmada iştirak edən şəxslərdən biri də müğənninin keçmiş sevgilisi aktyor Kerem Alışık olub. Qonaq qismində səhnəyə çıxan Kerem Alışık “Getmə, ağlım seninle” mahnısını ifa edib. Münsiflər kürsüsündə əyləşən Ebru Gündeşin ifa zamanı dərhal ona doğru çevrilməsi və ikisinin bir-birinə nəzər salması diqqətdən yayınmayıb. Kerem Alışık münsiflər heyəti arasında keçmiş sevgilisi Gündeşi seçib. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olub. 

 

Xatırladaq ki, 1995-ci ildə "Fırtınalar" serialında birgə rol alan Ebru Gündeş və Kerem Alışıkın dostluğu bir müddətdən sonra eşq macərasına dönüb. Qısa müddətdə bir-birini sevən tərəflər o zamanların əfsanə cütlüyünə çevrilib. Serial bitəndə isə onların sevgisi də bitib. Keçmiş xəbərlərdə cütlüyün ayrılmasına səbəbin qısqanclıq olduğu bildirilib. 

 

İnci

 


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda içməli suyun verilişi bərpa olundu

Cəlilabad şəhəri və Uzuntəpə kəndinə içməli suyun verilişi bərpa olunub.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məl...

Sosial şəbəkələrdə vətəndaşlara dərman tövsiyə edənləri hansı cəza gözləyir? - VİDEO

Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.   Sfera.az-ın məlumatına görə, xüsusilə “Tiktok” s...

Prezidentin xüsusi nümayəndəsi sülh sazişindən danışdı

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət tele...

Ana balasının vəfat xəbərini eşidib öldü - Usta faciəyə səbəb oldu

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.   Sfera.az xəbər verir ki, partlayış usta siqaret çəkmək istə...

Rusiyada saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Yekaterinburqda saxlanılan azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.   Sfera.az xəbər verir ki, 2001, 2010 və 2011-ci...

“Qarabağ” “Zalsburq”a uduzdu

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün son yoxlama oyununa çıxıb.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi Avstriyan...