Günəşdə ən böyük partlayış qeydə alındı: Planetimizə təsiri necə olacaq?

Günəşdə ən böyük partlayış qeydə alındı: Planetimizə təsiri necə olacaq?

2023-cü ilin son dəqiqələrində ən böyük Günəş partlayışı qeydə alınıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, partlayış London vaxtı ilə 2023-cü ilə aid edilsə də, həmin dəqiqələrdə bəzi ölkələr artıq 2024-cü ili qarşılamış olub. 

 

Qeyd edilir ki, hadisə “müstəsna güc hadisəsi” adlandırıla bilər, çünki onun hazırkı günəş tsiklindəki gücü əvvəlki rekordlardan iki dəfə güclüdür.  Belə ki, partlayış əvvəllər X5.0 balı (14 dekabr 2023-cü ildə qeydə alınmış əvvəlki rekord X2.8 idi) civarında dəyələndirilib.

 

Alimlər vurğulayıb ki, bu hadisənin planetimizə təsiri tamamilə istisna olunur, çünki o, Günəş-Yer xəttindən çox uzaqda, ulduzun şərq kənarında baş verib. 

 

“Əsas təsir Yerə artıq çatmış və atmosferin yuxarı təbəqələri tərəfindən udulmuş yüksək güclü sərt rentgen şüalarının axınları idi. Başqa təsirlər gözlənilmir və Yeni il tətillərinin bütün dövrü üçün əvvəllər verilmiş əlverişli geomaqnit proqnozu qüvvədə qalır”, -  açıqlamada qeyd olunub.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR