"Pingo" ləqəbli əyləncələr şəhzadəsi... - Danimarkanın yeni kralı olacaq Frederik kimdir?

Danimarka kraliçası II Marqret taxtdan əl çəkəcəyini elan edib.


Sfera.az xəbər verir ki, 1972-ci ildə atası kral IX Frederikin ölümündən sonra taxta çıxan, hazırda dünyanın yeganə hökmdar kraliçası olan II Marqret yanvarın 14-də istefa verəcək.


83 yaşlı kraliça 2023-cü ilin əvvəlində belindən əməliyyat olunduqdan sonra bu qərarı verib.O, televiziyada canlı yayımda elan edib ki, taxt-tacı oğlu, vəliəhd şahzadə Frederikə buraxacaq,


Danimarkanın tezliklə kralı olacaq şəhzadə Frederik kimdir? 


Vəliəhd Şahzadə Frederik 1990-cı illərin əvvəllərində Danimarkada əyləncələr şahzadəsi kimi tanınırdı, lakin 1995-ci ildə Orhus Universitetini siyasi elmlər üzrə magistr dərəcəsi ilə bitirdikdən sonra bu fikirlər dəyişməyə başladı. Çünki o, universitet təhsilini tamamlayan ilk Danimarka şahzadəsi idi.


Təhsil aldığı müddətdə ABŞ-də Harvardda vaxt keçirib və orada Frederik Henriksen təxəllüsü ilə qeydiyyatdan keçib.


Daha sonra o, Danimarka donanmasında xidmət edib və burada ona "Pingo" ləqəbi verilib.


Məlumata görə, bu ləqəbi dalış təlimi zamanı üzgüçülük paltarının su ilə dolmasına görə pinqvin kimi gəzmək məcburiyyətində qaldığı üçün qazanıb.


Onun həyat yoldaşı Şahzadə Meri Avstraliyanın Tasmaniya adasında böyüyüb. Onlar 2000-ci ildə Sidneydəki Olimpiya Oyunları zamanı barda tanış olublar.


O,  müsahibəsində tanış olduqları zaman Frederikin Danimarka şahzadəsi olduğunu bilmədiyini deyib.


Bəziləri onların müasir dəyərləri təmsil etdiyini hesab edirlər. Cütlük dörd övladını - qızı, oğlu və əkizlərini mümkün qədər normal tərbiyə etməyə, onları əsasən dövlət məktəblərinə göndərməyə çalışıblar.


Britaniya kral ənənəsindən fərqli olaraq vəliəhd şahzadə Frederik üçün rəsmi tacqoyma mərasimi olmayacaq. Əvəzində onun krallığı həmin gün Kopenhagendəki Amalienborg qalasından elan ediləcək.


O, Danimarka kralı, həmçinin Qrenlandiya və Farer adalarında dövlət başçısı olacaq.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...