"Mənə bir bayram verin, içində atam da olsun" - Cavidan Novruz

“Mənə bir bayram verin, içində atam da olsun. Sənsiz ilk Yeni il. Sənin gedişinlə hər şey, hər kəs bitdi mənim üçün”.

 

Sfera.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atası ilə bağlı paylaşımında yazıb. Cavidan atasız keçirdiyi ilk bayram olduğunu vurğulayaraq, bunları əlavə edib:

 

“Sevdiyin insanı itirincə, hər kəs getmiş kimi hiss edərsən. Canımı yandıran bilirsiniz nədir? Vəfat günündən bir gün əvvəl əli ilə “əla” göstərib, dedi ki, hər şey yaxşı olacaq, göz vurdu. 

 

Dostlar məni qınamayın bu mənim ən həssas yerimdir, ömrümün sonuna kimi unudulmaz bir dərdimdir. Mən özümü gözəl tanıyıram. Sizi yormuş kimi olmayım, xaiş edirəm. Düzdür, komik lahiyədə, səhnə insanı olsam belə, içim heç vaxt gülmür, məni anlayın sadəcə, hər şeydə artıq soyuqqanlıyam. Hər şeyi, hər kəsi öz axarına buraxmışam hamını olduğu kimi qəbul etdim. Mən hər şeyi, işimi belə ayaqda qalmaq üçün yerinə yetirirəm. Çox gizlədə bilmirəm durumumu, bəzən və nadir hallarda belə açıq paylaşım edərəm. Keçən il mənim üçün nəinki ad günüm, bütün bayramlar demək olarki bitdi, hər şeyə nöqtə qoydum. İstəməzdim bu günlərdə belə neqativ olum. Amma ruh halım heç də yaxşı deyil və beləcə də çox gedəcəyimi nəsə düşünmürəm! 

 

Hə, bir də bəzi adamlara səslənirəm: nə olar mənimlə işiniz olmasın, xaiş edirəm. Öz dərdim özümə bəsdir”.


OXŞAR XƏBƏRLƏR

6 ayda 162 nəfər qidadan zəhərlənib

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliy...

Magistralın bu hissəsi niyə “ölüm yolu” adlandırılır?

Sakinlər bu ərazini “ölüm yolu” adlandırırlar.   Sfera.az-ın məlumatına görə, söhbət Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyindən ...

Cəlilabadda içməli suyun verilişi bərpa olundu

Cəlilabad şəhəri və Uzuntəpə kəndinə içməli suyun verilişi bərpa olunub.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məl...

Sosial şəbəkələrdə vətəndaşlara dərman tövsiyə edənləri hansı cəza gözləyir? - VİDEO

Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.   Sfera.az-ın məlumatına görə, xüsusilə “Tiktok” s...

Prezidentin xüsusi nümayəndəsi sülh sazişindən danışdı

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət tele...

Ana balasının vəfat xəbərini eşidib öldü - Usta faciəyə səbəb oldu

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.   Sfera.az xəbər verir ki, partlayış usta siqaret çəkmək istə...