Gərməçataq kənd yolu istifadəyə verildi

Gərməçataq kənd yolu istifadəyə verildi

Gərməçataq kənd yolu istifadəyə verilib.

 

Sfera.az xəbər verir ki, dekabrın 31-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Babək rayonunun ucqar kəndi Gərməçataqda avtomobil yolunun açılışı olub.

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kəndin sakinləri ilə görüşüb, onları yeni yolun istifadəyə verilməsi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

 

Fuad Nəcəfli qeyd edib ki, həmrəylik günü Ulu Öndərimizin xalqımıza miras qoyduğu ən əlamətdar tarixi günlərdən biridir. Dahi rəhbərin ideyaları ətrafında həmrəy olan xalqımız 2023-cü ili böyük uğurlar və qələbə ilə başa vurur. Ölkəmizdə “Heydər Əliyev İli” silsilə tədbirlərlə qeyd edilib.

 

Ən önəmlisi isə bu il suverenliyimiz tam bərpa olunub. Çoxlarına xəyal kimi görünən bu nailiyyətləri bir neçə ildə əldə etdik. Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyev torpaqlarımızı işğaldan azad etməyi qarşısına başlıca məqsəd qoydu və Ordumuzu qətiyyətlə zəfərə doğru apardı.

 

Səlahiyyətli nümayəndə vurğulayıb ki, ölkə başçısının diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikasının daha da inkişaf etdirilməsi, əhalinin sosial rifah halının yüksəldilməsi ilə bağlı işlər görülür. Prezident cənab İlham Əliyevin 2023-cü il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam da bu istiqamətdə atılan addımlardan biridir.

 

 

Proqramın icrası istiqamətində ən ucqar dağ kəndinə bu cür müasir yolun çəkilməsi də elə bu hədəfə xidmət edir. Sözügedən dövlət proqramı çərçivəsində yeni ildən daha geniş tədbirlər, o cümlədən infrastruktur layihələri reallaşdırılacaq. Bir çox kəndlərdə sakinləri narahat edən su problemi müasir metodlara əsaslanaraq, həllini tapacaq. Ən ucqar kəndlərə bu cür müasir standartlara uyğun yollar çəkiləcək. Fuad Nəcəfli diqqətə çatdırıb ki, bütün bunlar dövlət başçımızın birbaşa tapşırığıdır. Bir sözlə, Naxçıvanı gələcəkdə daha işıqlı yollar gözləyir.
Səlahiyyətli nümayəndə sakinlərə uğurlar arzulayaraq, onları fevral ayında keçiriləcək prezident seçkilərində fəal iştiraka səsləyib.

 

Kənd sakini Məhəddin Əhmədov bildirib ki, Gərməçataq əhalisi uzun illərdir avtomobil yolunun pis vəziyyətdə olmasına görə əziyyət çəkirdi. Bu il qısa zamanda keyfiyyətli asfalt örtüyünə malik avtomobil yolunun inşa olunması sakinlərin böyük sevincinə səbəb olub. Məhəddin Əhmədov əlamətdar gündə müasir avtomobil yolunun istifadəyə verilməsinə görə sakinlər adından ölkə başçısına minnətdarlıq edib.

 

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, Nehrəm qəsəbəsində yeni su-kanalizasiya sistemi qurulur, Cəhri qəsəbəsi, Gülşənabad və Sirab kəndlərində subartezianlar istifadəyə verilib, Cəhri və Gərməçataqda yollar yenidən qurulub. Gərməçataq sakinləri daimi işlə təmin olunduqlarından vaxtilə kənddən köçən ailələr geri qayıdır.

 

Sonra səlahiyyətli nümayəndə yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.

 


Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi idarə heyətinin sədri Bəhruz Əsgərov məlumat verib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” əsasında Gərməçataq kəndinin 4,9 km əsas və 4,5 km daxili yolları yenidən qurulub, keyfiyyətli asfalt örtük çəkilib. Yolun üzərindəki körpü əsaslı təmir olunub. Avtomobil yolunun üzərində 3787 metr beton su kanalı, 3 su keçidi qoyulub. Yolun üzərində müvafiq yol nişanları quraşdırılıb, təhlükəsizlik tədbirləri görülüb.

 

Bildirilib ki, bu il rayonun Cəhri qəsəbəsinin də 3,3 kilometr məsafədə əsas yolları təmir olunub və yol kənarlarında geniş abadlıq işləri görülüb. Bu işlər çərçivəsində qəsəbənin 6,3 kilometrlik daxili yolları da yenidən qurulub.

 

 


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...