Bu rəsm əsəri 54.5 milyon dollara satıldı

Bu rəsm əsəri 54.5 milyon dollara satıldı
 
Norveç rəssamı Edvard Munkun "Qızlar körpüdə” tablosu Sotheby's hərracında 54.5 milyon dollara satılıb. Sfera.az-ın Kulis.az-a  istinadən verdiyi xəbərə görə bu qiymət əsər üçün rekord göstəricidir.
 
"Qızlar körpüdə” əsəri Munkun 1900-cü illərdə çəkməyə başladığı eyni adlı seriyanın bir nümunəsidir. 1902-ci ildə çəkilmiş əsərdə rəssamın sevimli Osqorstrann şəhərindəki bir körpünün ortasında dayanmış qızlar təsvir olunub.
 
Bu əsər norveçli ekspressionist rəssamın işləri içində iki dəfə ən bahalı tablo olub. Əsər 1996-cı ildə 7.7 milyon dollara, 12 il sonra isə 30.8 milyon dollara satılıb. Hazırda Norveç rəssamının ən bahalı əsəri 2012-ci ildə satılmış "Çığırtı”dır. O, 120 milyon dollara hərracdan getmişdi.
 
Bu il Sotheby's-nin Nyu-Yorkdakı hərracında "Qızlar körpüdə” əsərinin ilkin qiyməti 43 milyon dollar təyin olunmuşdu. Sövdələşmə nəticəsində tablo 54.5 milyona satılıb.
 
Munkun "Verandadakı qadın” əsəri isə 2 milyon dollara satılıb.


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...