Nigardan onu tənqid edən Coşquna reaksiya - VİDEO

Nigardan onu tənqid edən Coşquna reaksiya - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün "İctimai TV"də yayımlanan "Maska" şousunun növbəti buraxılışı baş tutub. 

 

Sfera.az-ın məlumatına görə, daha əvvəl də proqramda Azərbaycan dilində danışarkən buraxdığı səhvlərə görə tənqid olunun müğənni Nigar Camala bu dəfə Əməkdar artist Coşqun Rəhimov müdaxilə edib.

 

Nigar "Alov" obrazı altında çıxış edən məşhuru analiz edərkən "aksent" sözünü tələffüz etməkdə çətinlik çəkib. 

 

Müğənninin iştirakçı ilə bağlı səsləndirdiyi "Aksent hiss edirəm" sözlərinə qarşılıq olaraq C.Rəhimov istehza ilə "Heç hiss olunmur, vallah" deyib. Nigar isə "mən də ağıllı-ağıllı danışıram" deyə, bildirib.

 

Xalq artisti Faiq Ağayev isə söhbətə qoşularaq "Nigar nadir insanlardandır ki, bu, ona yaraşır" sözlərini ifadə edib.

 

Nigar F.Ağayevin ona dəstək olmasının ardınca C.Rəhimova zarafatla dilini çıxarıb.

 

Xatırladaq ki, bir müddət əvvəl aparıcı İradə İsak Nigarı tənqid edərək onun barəsində "Verilişdə Nigar Camalın ekspert kimi iştirakı doğru deyil. Tamam, xanım "Avroviziya" qalibidir, bu, öz yerində. Amma Azərbaycan musiqisindən, dilindən, ənənələrindən uzaq insandır. Demək olar ki, onu az adam tanıyır. Əgər özləri demiş, məşhur xəfiyyələrin işi qəhrəmanın kimliyini tapmaqdırsa, bu iş qətiyyən onluq deyil. Hər dəfə də digər iştirakçıların ağzından çıxanları təkrarlamaqla məşğul olur" sözlərini işlədib.

 

Qeyd edək ki, şouda münsif kürsüsündə həmçinin, aparıcı Kamilə Babayeva və bəstəkar-müğənni Murad Arif əyləşir.

 

Ötən gün yarışmanı "Xalça" obrazı tərk edib. Maskanın altında aparıcı Ceyhun Əlinin olduğu ortaya çıxıb. 

 


OXŞAR XƏBƏRLƏR

6 ayda 162 nəfər qidadan zəhərlənib

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliy...

Magistralın bu hissəsi niyə “ölüm yolu” adlandırılır?

Sakinlər bu ərazini “ölüm yolu” adlandırırlar.   Sfera.az-ın məlumatına görə, söhbət Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyindən ...

Cəlilabadda içməli suyun verilişi bərpa olundu

Cəlilabad şəhəri və Uzuntəpə kəndinə içməli suyun verilişi bərpa olunub.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məl...

Sosial şəbəkələrdə vətəndaşlara dərman tövsiyə edənləri hansı cəza gözləyir? - VİDEO

Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.   Sfera.az-ın məlumatına görə, xüsusilə “Tiktok” s...

Prezidentin xüsusi nümayəndəsi sülh sazişindən danışdı

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət tele...

Ana balasının vəfat xəbərini eşidib öldü - Usta faciəyə səbəb oldu

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.   Sfera.az xəbər verir ki, partlayış usta siqaret çəkmək istə...