ABŞ İsrailə silah satmaq qərarı verdi

Dünya
17:00 / 30.12.2023
7017
ABŞ-da prezident Co Baydenin rəhbərlik etdiyi hökumət ikinci dəfə “fövqəladə vəziyyət” səbəbi ilə İsrailə Konqres üzvlərinin razılığı olmadan silah satmaq qərarına gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Siyasi-Hərbi Məsələlər İdarəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, ABŞ dövlət katibi Antoni Blinken İsrail hökumətinə M107 155 mm-lik güllələr və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
Ülkər