"ABŞ-nin aqressiv bəyanatları təhlükəsizliyə təsir edir" — Rusiya səfiri

"Amerikanın Rusiya Aerokosmik Qüvvələrinin zərbələrinə reaksiyası xüsusi hərbi əməliyyatın effektivliyini nümayiş etdirir".

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

 

O bildirib ki, ABŞ administrasiyasının Ukraynada daha şiddətli qarşıdurma üçün aqressiv bəyanatları qlobal təhlükəsizlik də daxil olmaqla ciddi nəticələrə gətirib çıxarır:

 

"Əgər Vaşinqtonda bir anlıq ukraynalı sadə vətəndaşlar haqqında düşünsəydilər, ən azı mərhəmət hiss etsəydilər, o zaman həll yolunu aydın görə bilərikdik.Son vaxtlar yerli hökumətin dəhlizlərində bu qədər danışılan "sehrli qazan" dərdə çarə olmayacaq, əksinə, Kiyev rejiminin aqoniyasını uzadacaq", - rusiyalı ekspert diplomat vurğulayıb.

 

"Daha şiddətli hərbi qarşıdurmaya çağıran aqressiv bəyanatlar təkcə regional deyil, həm də qlobal təhlükəsizlik üçün ciddi nəticələrə gətirib çıxarır. Bu hərəkətlərə görə tarixi məsuliyyət tamamilə ABŞ-nin üzərinə düşəcək", - Antonov qeyd edib.

 

"Diqqətəlayiqdir ki, amerikalılar özləri də etiraf edirlər ki, Vaşinqton Rusiyaya qarşı hibrid müharibə apararaq, Rusiya Silahlı Qüvvələrinə qarşı cəbhəyə müasir Qərb silahlarını ataraq 50 dövləti öz ətrafında birləşdirə bilib. Bizim rəqiblərimizin vəzifəsi dəyişməyib - Rusiya Federasiyasını döyüş meydanında məğlub etmək, çoxsaylı məhdudiyyətlərlə iqtisadi məğlubiyyətə uğratmaq, həmçinin cəmiyyəti parçalamaq” - səfir bildirib.

 

"Bütün səylərə baxmayaraq, nəticə əksinədir. Son bir ildə Rusiya fokuslanıb, daha monolit olub, Silahlı Qüvvələrin effektivliyi və döyüş hazırlığı kəskin şəkildə artıb. Rusiyanın təhlükəsizliyinə hər hansı müdaxiləyə qətiyyətli cavab olacaq və rəşadətli Silahlı Qüvvələrimiz Vətənin müdafiəsi üçün üzərinə düşən vəzifəni yerinə yetirəcək", - Antonov əlavə edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...