Fiziki şəxslər rekord məbləğdə idxal həyata keçirib

Fiziki şəxslər rekord məbləğdə idxal həyata keçirib

Azərbaycanın idxalında fiziki şəxslərin payı ilbəil artır. Artım dinamikası 2023-cü ildə də davam edib və rekord səviyyəyə yüksəlib.  


Sfera.az xəbər verir ki, 2023-cü ilin 11 ayı ərzində Azərbaycana xaricdən gətilən malların 11,5 faizi, yəni 1,811 milyard dolları fiziki şəxslər tərəfindən idxal olunub. 


Fiziki şəxslərin bu il aldığı malların dəyəri 2022-ci illə müqayisədə 548 milyon dollar və ya 43,4 faiz artıb. Ötən il fiziki şəxslər tərəfindən idxal edilən malların həcmi 1,263 milyard dollar idi. 


Fiziki şəxslərin idxal etdiyi malların dəyəri bu il artmaqla yanaşı, onun ümumi idxaldakı payı da artıb. Əvvəlki ildə cəmi idxalın 9,8 faizi fiziki şəxslər tərəfindən həyata keçirilmişdisə, bu il fiziki şəxslərin idxaldakı payı 11,5 faizə yüksəlib. 


Əhali tərəfindən idxalın həcminin belə sürətlə artmasının əsas səbəbi onlayn ticarət vərdişlərinin güclənməsi ilə bağlıdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR