“Prezident seçkilərinə müdaxilə cəhdlərinin qarşısı alınmalıdır” - Sergey Narışkin

“Rusiya xalqının iradəsini azad ifadə etməyə heç nə mane olmamalıdır”.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.
O bildirib ki, Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərinə mümkün müdaxilə cəhdlərinin qarşısını almaq üçün hər cür səy göstərməyə borcludur:
"Rusiyada keçiriləcək prezident seçkiləri üçün biz hər hansı mümkün kənar müdaxilə cəhdlərinin qarşısını almaq üçün əlimizdən gələni etməyə borcluyuq. 2023-cü il Rusiya üçün “çağırışlar və nailiyyətlər” dövrü olub. Biz mehriban qonşuluq, bərabərlik, bütün xalqların qanuni hüquq və maraqlarına hörmət əsasında daha ədalətli dünyanın formalaşmasının şahidi oluruq. Ölkəmiz isə bu prosesdə çox mühüm rol oynayır".
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 15-17-də keçiriləcək.
Firuzə Əliyeva