Rusiyanın yeni il "sürprizi": Ukraynada "qanlı Varfalomey"

Rusiyanın yeni il

“Dekabrın 28-də Rusiya Ukraynaya növbəti dəfə kütləvi raket hücumu həyata keçirib. Nəticədə 20-dən çox adam həlak olub, 100- dən çox adam yaralanıb. Ukrayna rəsmiləri məsələyə operativ münasibət bildiriblər. Prezident Volodimir Zelenski deyib ki, bu, cavabsız qalmayacaq”.


Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

 

Onun sözlərinə görə, xarici işlər naziri Dmitro Kuleba bildirib ki, Rusiyanın terror hücumu danışıqların mümkünsüz olduğunu bir daha göstərib:

 

“Öncə onu deyək ki, Rusiya indiyə qədər bir neçə dəfə Ukrayna ərazisinə kütləvi raket hücumları həyata keçirib. Bu, rəsmi Moskva üçün bir növ ənənə halını alıb. Kütləvi raket hücumlarının adətən bayramlar ərəfəsində həyata keçirilməsi təsadüfi deyil.


Ümumiyyətlə, Kremlin kütləvi raket hücumlarındakı məqsədi aydındır: Ukrayna xalqının əzmini qırmaq, camaatı hakimiyyətə qarşı qaldırmaq. Amma Moskva hələ ki, buna nail ola bilmir”.


Ekspert bildirib ki, kütləvi raket hücumları bundan sonra da təkrarlana bilər:


“Ukraynanın Rusiyanın bu addımına ciddi cavab verəcəyini düşünmürəm. Ən yaxşı halda Rusiyaya PUA hücumları və ilhaq olunmuş Krım yarımadasındakı hərəkətlənmələr intensivləşə bilər. 


Ukraynanın müdafiə naziri Rustəm Umerov da bu barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiyanın kifayət qədər raket ehtiyatı var və bu, analoji hücumların təkrarlanmasına imkan verir. Ola bilsin, bu dəfəki kütləvi raket hücumu Rusiyanın desant gəmisinin və bir neçə Su təyyarəsinin vurulmasına cavab idi”.


K.Novruzov sonda qeyd edib ki, Ukrayna artıq xarabalığa çevrilib, Rusiyanın itirəcəyi daha çox şey var:


“D. Kulebanın fikirlərinə gəldikdə isə söyləməliyik ki, müharibənin yaxın vaxtda bitəcəyi onsuz da gözlənilmirdi. İndiki şəraitdə nə Moskva, nə də Kiyev danışıqlara yaxın durar. Bu cür kütləvi raket hücumları isə işi daha da çətinləşdirir. 


Ukrayna artıq dağılıb. Ölkə demək olar, xarabalığa çevrilib. Zənnimcə, xalqda da müəyyən mənada immunitet yaranıb. Ukraynanın itirəcəyi şey daha azdır, nəinki Rusiyanın. Odur ki, rəsmi Moskvanın kütləvi raket hücumları ilə nəyəsə nail olacağını düşünmürəm”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...