Donald Tramp ilə “Evdə Tək 2” filminin rejissoru arasında QALMAQAL

Donald Tramp ilə “Evdə Tək 2” filminin rejissoru arasında QALMAQAL

Donald Tramp məşhur "Evdə tək 2" (1992)  filminin rejissorunun iddialarını qəzəblə rədd edib.


Sfera.az xəbər verir ki, keçmiş prezident filmdə o vaxtlar sahibi olduğu "Plaza" otelində çəkilmiş bir səhnədə epizodik rol alıb.

 

Rejissor Kris Kolumbs bildirib ki, Tramp filmdə oynaması şərtli ilə oteldən istifadə etmələrinə icazə verib.

 

Lakin Tramp bildirib ki, rejissorlar ona filmə çəkilməsi üçün “yalvarırlar”.
 

Xatırladaq ki, filmdə baş qəhrəman Kevin Makkallister atasının kredit kartından istifadə edərək Plazaya daxil olur və burada Donald Tramp ona yolu göstərir.

 

Tramp “Sex and the City”, “Zoolander”, “Wall Street: Money Never Sleeps və Two Weeks Notice” kimi teleseriallarda və filmlərdə də rol alıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR