Nepaldakı təyyarə qəzasının səbəbi bilindi - Pilotlar səhvən...

Dünya
12:07 / 30.12.2023
5233
Yanvarın 15-də ikisi körpə olmaqla 72 nəfərin ölümü ilə nəticələnmiş təyyarə qəzasının səbəbi açıqlanıb.
Sfera.az xəbər verir ki, hökumətin təyin etdiyi müstəntiqlərin hesabatında qəzanın pilotların səhvən elektrik enerjisini kəsməsinin nəticəsəsində baş verdiyi deyilib.
Məlumata görə, bu, son 30 ildə ölkədə baş vermiş ən dəhşətli təyyarə qəzasıdır.
Nepalda çox vaxt uzaq uçuş-enmə zolaqları və təhlükəli şərait yarada biləcək qəfil hava dəyişiklikləri səbəbindən aviasiya qəzaları nadir hadisə deyil. Keçən ilin may ayında da Yeti Hava Yollarına məxsus Tara Air 197 reysi dağ yamacına çırpılıb, 22 sərnişin və ekipaj üzvü həlak olub.
Firuzə Əliyeva