Azərbaycanda işçilərin 77 faizi bu sektorda çalışır - STATİSTİKA

Azərbaycanda işçilərin 77 faizi bu sektorda çalışır - STATİSTİKA

Azərbaycanda maaş alan işçilərin 77,2 faizi xidmət sektorunda çalışır. 


Sfera.az xəbər verir ki, ölkəmizdə 1,729 milyon nəfər maaş müqabilində çalışır. 


Onların 22,8 faizi istehsal sahələrində, qalanı xidmət sahələrində əmək fəaliyyəti ilə məşğuldur. 


İstehsal sahəsində çalışanların 7,4 faizi emal sənayesində, 6,5 faizi tikintidə, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olur. 


Xidmət sahəsində işləyənlərin isə 19,1 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb.


Vasif


OXŞAR XƏBƏRLƏR