"Xəyanət ani olubsa, bağışlamaq olar"

"Biri var göz nəfsi, ehtirası və biri də var əməl ehtirası. Bilmirəm, amma əslində, bağışlayan insanam. Bağışlamağımın da çərçivəsi var. Niyə, nə üçün və hansı səbəbdən xəyanətin olduğunu bilməliyəm ki, onu da bağışlaya bilim. Yox, əgər bu xəyanət özbaşınalıqdırsa, onu bağışlamaram".

 

Sfera.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli "Qapqara" yutub layihəsində deyib. O, təkrarlanan xəyanəti isə bağışlamadığını bildirib:

 

"Əgər xəyanət bilmədən, ani olubsa, belə alınıbsa, bağışlamaq olar. Elə şeylər var ki, ona göz yumuram. Çünki hər şeyə düzgün yanaşsan olmur axı... Hərdən bir gözü bağlamaq lazımdır. Sabah yenidən o ani xəyanət təkrar olunarsa, o zaman qılıncı əlimə götürərəm. Özümü düşünərək onu bağışlayıram.

 

Xəyanəti heç sevmirən. Bir insanın xisləti xəyanətlə yoğrulubsa, ona nə etsən də xeyri olmayacaq. Söhbət təkcə kişi və qadın xəyanətindən getmir. Bu qardaşa, bacıya, vətənə, rəfiqəyə, işinə qarşı da ola bilər.

 

Bu yaxınlarda bir xəyanətlə rastlaşdım. Kişi deyil... Bir dəfə xəbərdarlıq etdim ki, fərqindəyəm. Yanımda olan insanı qoruyuram, fədakaram. Sevmirəm bu xasiyyətimi. Başa salıram ki, belə etmə mənə qarşı. İkinci dəfə artıq olanda dedim ki, öpürəm səni, qapını bağladım".


OXŞAR XƏBƏRLƏR

6 ayda 162 nəfər qidadan zəhərlənib

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliy...

Magistralın bu hissəsi niyə “ölüm yolu” adlandırılır?

Sakinlər bu ərazini “ölüm yolu” adlandırırlar.   Sfera.az-ın məlumatına görə, söhbət Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyindən ...

Cəlilabadda içməli suyun verilişi bərpa olundu

Cəlilabad şəhəri və Uzuntəpə kəndinə içməli suyun verilişi bərpa olunub.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məl...

Sosial şəbəkələrdə vətəndaşlara dərman tövsiyə edənləri hansı cəza gözləyir? - VİDEO

Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.   Sfera.az-ın məlumatına görə, xüsusilə “Tiktok” s...

Prezidentin xüsusi nümayəndəsi sülh sazişindən danışdı

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət tele...

Ana balasının vəfat xəbərini eşidib öldü - Usta faciəyə səbəb oldu

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.   Sfera.az xəbər verir ki, partlayış usta siqaret çəkmək istə...