Cəlilabadda iki nəfər kanala düşərək boğulub
Hadisə
17:53 / 29.12.2023
7467
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Sfera.az-ın məlumatına görə, rayonun Uzuntəpə kəndi ərazisində iki nəfər Cənubi-Muğan kanalına düşərək boğulub.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.