Qalın qaşları ilə diqqət çəkən model: Məni ələ salırdılar – FOTO
Qalın və gur qaşları ilə ictimai mediada lağ obyektinə çevrilən model Natalie Castellar dünyaca məşhur brendlər tərəfindən iş təklifləri alır.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, artıq "NARS” və "Mansur Gavriel” kimi tanınmış markalar ona fotolayihə təklifi ilə müraciət edib.
"W” jurnalına müsahibə verən model "Kiçik yaşlarımda qaşlarıma görə həmişə mənə lağ edirdilər. Hər kəs onların nə qədər qalın və uzun olduğunu söyləyib, məni ələ salırdı. Bu səbəbdən qaşlarıma düzəliş etmək ehtiyacı hiss etdim. Amma indi bu tənqidlər vecimə deyil, çünki qalın qaşlarım mənə fərqli görünüş verir və məni digər modellərdən fərqləndirir”, - deyib.
Qeyd edək ki, dünyanın ən çox qazanan modellərindən Cara Delevigne də qalın qaşları və özünəməxsus gözəlliyi sayəsində qısa müddətdə populyarlıq qazanıb.