Ruslar Putinə nə qədər etimad edir? - SORĞU NƏTİCƏSİ

Siyasət
13:57 / 29.12.2023
7756
Rusların Putinə inamı artıb.
Sfera.az bildirir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi məlumat yayıb.
Belə ki, dekabrın 18-dən 24-dək aparılan sorğuya görə, ruslar arasında Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi son bir həftə ərzində 0,3 faiz artaraq 80% olub.
“Putinə etimad sualına sorğu iştirakçılarının 80%-i müsbət cavab verib. Prezidentin fəaliyyətinin bəyənilmə səviyyəsi isə dəyişməyib və 77,1% təşkil edib”, - araşdırmada qeyd edilib.
Türkan