Dünya üçün BÖYÜK TƏHLÜKƏ: “Bu ölkələr nüvə sınaqları keçirə bilər”

Dünya üçün BÖYÜK TƏHLÜKƏ: “Bu ölkələr nüvə sınaqları keçirə bilər”

“Vaşinqton Çinin nüvə gücünü artırmasından narahatdır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O qeyd edib ki, Pekin nüvə silahlarının istehsalında Vaşinqtondan geri qalmaq istəmir:

 

“Çin nüvə istehsalını artırmaqla yanaşı, onların gücünü yoxlamaq barədə də düşünə bilər. ABŞ kəşfiyyatı Çinin şimalındakı səhralıqda böyük şaxtalar inşa etdiyini deyib. Vaşinqton bu qənaətə gəlib ki, Pekin həmin bölgədə nüvə sınağı keçirməyə hazırlaşır. Çin 1964-cü ildə məhz həmin bölgədə ilk nüvə bombasını sınaqdan keçirmişdi. Digər tərəfdən, Rusiya və ABŞ də öz ərazilərində nüvə poliqonları inşa edirlər”.

 

Ekspertin sözlərinə görə, Pekində hesab edirlər ki, yaxın illərdə “Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə”dən çıxmaq istəyən dövlətlər ola bilər:

 

“ABŞ sonuncu nüvə sınağını 1992, Rusiya 1991,  Çin isə müqaviləyə qoşulduğu 1996-cı ildə keçirib. ABŞ müqavilənin ratifikasiyasını uzatdığına görə, Çin də müqaviləni ratifikasiya etməyə tələsmədi. Beynəlxalq aləmdə baş verən gərginliklər, o cümlədən Rusiya-ABŞ və Çin-ABŞ münasibətləri fonunda sözügedən müqavilə ətrafında polemikalar artıb. Hər hansı dövlət nüvə sınağı keçirərsə, bu, müqavilənin məhvinə gətirib çıxaracaq. Bundan sonra digər dövlətlər də nüvə sınaqlarına başlayacaqlar”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...