Trampa daha bir ŞOK: “Namizədliyi irəli sürülə bilməz!”

Trampa daha bir ŞOK: “Namizədliyi irəli sürülə bilməz!”

Daha bir ştat Trampın seçkilərdə iştirakına qadağa qoyub.

 

Sfera.az bildirir ki, Koloradodan sonra indi də Men ştatının seçki şurasının rəhbəri Donald Trampın ştatda namizədliyini irəli sürməsinin mümkün olmadığını açıqlayıb.

 

Şenna Bellous qərarını ABŞ Konstitusiyasının 14-cü maddəsi ilə əsaslandırıb. O, ölkə konstitutsiyasının qiyam barədə maddəsini nəzərə alaraq, Trampın uyğun namizəd olmadığını iddia edib. 

 

“Tramp 6 yanvar 2021-ci ildə Konqresə basqın ərəfəsində tərəfdarlarını yalan iddialarla qızışdırıb. Əvvəllər heç bir prezidentliyə namizədin üsyanla əlaqəsi olmayıb”, deyə Bellous bildirib.

 

Trampın kampaniya komandası isə məsələyə çevik reaksiya verib. Kampaniya sözçüsü Steven Çeunq  Şenna Bellousu “Baydenin tərəfdarı” adlandırıb. O, Men əyalət məhkəməsinə müraciət edəcəklərini bildirib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Kolorado ştatının Ali Məhkəməsi ölkə konstitutsiyasının qiyam barədə maddəsini nəzərə alaraq sabiq prezident Donald Trampın ştat ərazisində keçiriləcək seçkilərdə iştirakına qadağa qoymuşdu.

 

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Son sorğulara əsasən, Tramp prezident Co Baydeni qabaqlayır.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...