“Fransanın regionda Ermənistan vasitəsilə güclənmək cəhdləri faydasızdır” – Politoloq

“Fransanın regionda Ermənistan vasitəsilə güclənmək cəhdləri faydasızdır” – Politoloq

“Fransa ilə Azərbaycan arasında siyasi-diplomatik böhran davam edir. Rəsmi Bakı Fransanın iki diplomatını "arzuolunmaz şəxs" elan etdikdən sonra rəsmi Paris qarşılıqlı olaraq iki Azərbaycan diplomatından ölkəni tərk etməyi tələb edib”.

 

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Onun sözlərinə görə, Parisin Ermənistan vasitəsilə regionda öz geosiyasi mövqelərini gücləndirmək cəhdləri müsbət nəticə verməyəcək:

 

“Çünki regionda Türkiyə ilə yanaşı Fransanın əzəli rəqibi olan Böyük Britaniya da var. Ona görə də Parisin həyata keçirdiyi siyasət öz əleyhinə çevrilir. Fransa ilə Azərbaycan arasında siyasi münasibətlərdə ziddiyətlərin davam etməsi gözlənilir. Fransa məhz "Zəngəzur dəhlizi”nə nəzarəti əldə etməyə və Türkiyənin regiondakı mövqeyini zəiflətməyə çalışır”.

 

Politoloq qeyd edib ki, Paris Türkiyə -Böyük Britaniya və Azərbaycan üçtərəfli geosiyasi layihəsinə qarşı hərəkətə keçib və Cənubi Qafqaz və Mərkəzi Asiyada orta dəhlizə nəzarəti ələ keçirməyi planlaşdırır:

 

“Məhz Türkiyə və Böyük Britaniya Fransanın bu siyasətinin qarşısını almaq iqtidarındadır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...